Parlament MSK-nın sədrliyi və üzvlüyünə namizəd seçimi müsabiqəsində iştirakçı şəxslərin təqdim edəcəyi sənədlərin siyahısını dərc edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Mərkəzi Seçki Komissiyasının sədrliyinə namizədin və üzvlüyə üç namizədin açıq seçim müsabiqəsinin keçirilməsi və MSK-nın sədrliyinə və üzvlüyünə namizəd seçimi müsabiqəsinin yaradılması haqqında sərəncam verib.
Sənədləri həm şəxsən (Gürcüstan Parlamenti, Rustaveli prospekti, 8), həm də elektron poçtla ([email protected]) 2024-cü ilin aprelin 9-u da daxil olmaqla təqdim etmək mümkündür.
Təqdim ediləcək sənədlərin tam siyahısı ilə parlamentin saytında tanış olmaq olar.