Parlament "Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və koordinasiya qaydası haqqında" qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib
Parlament "Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və koordinasiya qaydası haqqında" qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib

 

Gürcüstan hökumətinin parlament katibi Vaxtanq Bachiaşvili parlament tərəfindən 82 səslə, yekdilliklə dəstəklənən “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və koordinasiya qaydası haqqında” qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə etmək üçün parlamentə təqdim edib. Qanun layihəsinə əsasən, Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Milli Təhlükəsizlik Şurasının daimi üzvü olacaq.

Vaxtanq Bachiaşvili dəyişikliyin məqsədinin Milli Təhlükəsizlik Şurasının tərkibini genişləndirmək və Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbərini şuranın daimi üzvü kimi nəzərə almaq olduğunu açıqlayıb.

“Bu, qarşılıqlı fayda verəcək, Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilən qərarların qəbulu və əlaqələndirmə mexanizminə strateji səviyyədə cəlb olunacaq, eyni zamanda şura üçün də Dövlət Xüsusi Mühafizə Xidmətinin və onun rəhbərinin konkret siyasətin həyata keçirilməsi prosesində malik olduğu məlumatlar vacibdir” – deyə hökumətin parlament katibi açıqlayıb.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.