Parlament, növbədənkənar sessiya iclasında, Gürcüstan prezidenti tərəfindən Milli Bankın şurası üzvlüyünə təqdim olunan namizədləri – Nikoloz Qaqua, Ekaterine Mikabadze və Ekaterine Qaldavanı dəstəklədi.
Nikoloz Qaquanın namizədliyini 79 deputat dəstəklədi, əleyhinə səs verən olmayıb.
Ekaterine Mikabadzeni 82 deputat dəstəklədi, əleyhinə səs verən olmayıb. Ekaterine Qaldavanı da 82 deputat dəstəklədi, əleyhinə səs verən olmayıb.
Parlament Nikoloz Qaqua, Ekaterine Mikabadze və Ekaterine Qaldavanı Milli Bankın şurası üzvlüyünə 7 illik müddətinə seçdi.