Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bugün Gürcüstanın Milli Bankının Prezidenti Koba Qvenetadzeyi dinləyəcəklər.
Deputatlar Qvenetadzeyi parlamentə kredit siyasəti və lari kursu ilə bağlı məsələləri müzakirə etmək üçün dəvət etdilər.
Komitə çərçivəsində Qvenetadzeyi noyabrın 27-də dinləməliydilər, ancaq görüş təxirə salınmışdı.
Maliyyə-büdcə komitəsinin sədri İrakli Kovzanadzenin dediyinə görə, komitə ilə görüşün təxirə salınmasını Milli Bankın Prezidenti istəmişdi və səbəb olaraq isə, o günlərdə Gürcüstanda olmadığını bildirmişdi.