Parlament Milli Bankın prezidenti tərəfindən konstitusiyanın mümkün pozulması faktının öyrənilməsi üçün müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qərar layihəsini dəstəkləməyib
Parlament “Milli Bankın prezidentinin səlahiyyətlərindən sui-istifadə və qiymət sabitliyinin pozulmasına yönəlmiş məqsədyönlü hərəkətləri öyrənmək üçün Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının yaradılması haqqında” qərar layihəsini dəstəkləməyib.
Parlamentin 12 üzvü layihənin lehinə, 13-ü isə əleyhinə səs verib.
Qərar layihəsi Milli Bankın prezidenti tərəfindən konstitusiyanın mümkün pozulması faktını üç ay ərzində öyrənəcək parlamentin müvəqqəti istintaq komissiyasının yaradılmasını nəzərdə tuturdu.
“Qirçi” parlament siyasi qrupunun üzvləri: İaqo Xviçia, Vaxtanq Meqrelişvili, Aleksandre Rakviaşvili və Herman Sabo qərar layihəsinin müəllifləridirlər.