Parlament “Milli Bank haqqında” qanuna prezidentin qoyduğu vetonu aşıb
Parlament “Milli Bank haqqında” qanuna prezidentin qoyduğu vetonu aşıb

 
15 lehinə, 26 əleyhinə – parlament “Milli Bank haqqında” qanuna prezidentin qoyduğu vetonu aşıb.

Bu gün keçirilən plenar iclasda parlamentin 124 üzvü qeydiyyatdan keçib. İclasda prezidentin əsaslandırılmış iradları ilə geri qaytarılan qanun layihəsi ilkin olaraq səsə qoyulub, lakin səsvermə uğursuz alınıb.

Prezidentin əsaslandırılmış iradlarının səsvermədəki uğursuzluğundan sonra qanun layihəsinin ilkin variantı səsə qoyulub. Bunu 82 deputat dəstəkləyib, parlamentin 9 üzvü əleyhinə səs verib.

Dəyişikliklərlə Milli Bankın şurasında yeni icraçı vəzifə- birinci vitse-prezidenti vəzifəsi təsis edilir. Milli Bankın prezidenti olmadıqda onun səlahiyyətlərini Milli Bankın birinci vitse-prezidenti icra edəcək.