Parlament Mamuka Xazaradze və Zurab Caparidzenin səlahiyyətlərinə xitam verərsə, gündəmə iki fraksiyanın dağılması məsələsi gələcək
Parlament “Lelo”nun lideri Mamuka Xazaradze və “Daha çox azadlıq naminə Qirçi”nin lideri Zurab Caparidzenin səlahiyyətlərinə xitam verərsə, gündəmə iki fraksiyanın dağılması məsələsi gələcək.
Xüsusilə, söhbət hazırda yeddi deputatdan ibarət “Lelo” və “Strategiya qurucusu” fraksiyalarından gedir. Zurab Caparidze və Mamuka Xazaradzenin səlahiyyətlərinə xitam verilsə, bu fraksiyalarda altı-altı deputat qalacaq, bu isə fraksiyaların dağılması deməkdir.
Əsasnaməyə görə, fraksiya yaratmaq üçün yeddi deputat lazımdır.
Zurab Caparidze və Mamuka Xazaradze Gürcüstan parlamentində səlahiyyətlərinə xitam verilməsi xahişi ilə müraciət ediblər.