Parlament Levan İoselianinin yerinə Ketevan Turazaşvilinin namizədliyini dəstəkləyib
Parlament Levan İoselianinin yerinə Ketevan Turazaşvilinin namizədliyini dəstəkləyib

“Vətəndaşlar” partiyasının üzvü Ketevan Turazaşvili bu gündən parlamentdə fəaliyyətə başlayıb. Turazaşvili Levan İoselianini əvəzləyib.

Plenar iclasda parlamentin xaric edilmiş üzvü Levan İoselianinin yerinə Ketevan Turazaşvilinin səlahiyyətlərinin tanınması haqqında qərar layihəsi səsə qoyulub və 79 səslə təsdiq edilib.

Parlament martın 7-də Levan İoselianini xalq müdafiəçisi seçib.