Parlament Levan İoselianini xalq müdafiəçisi seçib
Parlament Levan İoselianini xalq müdafiəçisi seçib

 

Parlament Levan İoselianini xalq müdafiəçisi seçib. Qanunverici orqan bu gün keçirilən iclasda xalq müdafiəçisi vəzifəsinə irəli sürülmüş Levan İoselianinin namizədliyini səsverməyə qoyub.

Səsvermə nəticəsində 96 deputat Levan İoselianinin namizədliyini dəstəkləyib, heç kim əleyhinə səs verməyib.

“Vətəndaşlar” partiyası Levan İoselianini xalq müdafiəçiliyinə namizəd olaraq irəli sürüb.

İlk əvvəl xalq müdafiəçisi vəzifəsinə 19 namizəd seçilsə də, tərəflər ümumi namizədlə bağlı razılığa gələ bilməyiblər. Plenar iclasda keçirilən səsvermədə 19 namizədin hamısı uğursuz olub.

2020-ci ildən Levan İoseliani partiya siyahısı, seçki bloku : “Aleko Elisaşvili – Vətəndaşlar” ilə Gürcüstanın 10-cu çağırış parlamentinin deputatıdır, 2021-ci ildən Gürcüstan parlamentinin sədr müavinidir. 2000-ci ildə İoseliani İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Magistr dərəcəsini Çikaqodakı Kent Hüquq Məktəbində alıb. 1999-2000-ci illərdə Gürcüstan Bankının hüquqşünası, 2000-2001-ci illərdə “TBC Bank”ın baş hüquqşünası olub. 2008-2016-cı illərdə “Levan İoselianinin Hüquq Şirkətində” hüquqşünas, 2018-2020-ci illərdə “Gürcüstan Vətəndaş Hərəkatı”nın icraçı direktoru olub.