Parlament xalq müdafiəçisini seçə bilməyib
Parlament xalq müdafiəçisini seçə bilməyib

 

Parlament yeni xalq müdafiəçisini seçə bilməyib. Plenar iclasda baş tutmuş bugünkü səsvermədə 19 namizədin hamısı uğursuz olub.

Hakim komanda səsvermədə iştirak etməyib. “Vahid Milli Hərəkat” bu gün keçirilən növbədənkənar iclasda iştirak etməyib. Müxalifətin qalan hissəsi isə açıq səsvermədə iştirak edib və müxalifətin irəli sürdüyü namizəd Qiorqi Burcanadze ən çox, 16 səs toplayıb.

Xalq müdafiəçisi vəzifəsinə aşağıdakıların namizədliyi irəli sürülüb: Ana Abaşidze, Nazi Canezaşvili, Nuqzar Koxreidze, Qiorqi Burcanadze, Serqo Maxaradze, Marika Arevadze, Tinatin Erkvania, Qiorqi Mariamidze, Lela Qaprindaşvili, Ketevan Chachava, Sopio Demetraşvili, Nikoloz Nikoladze, İaqo Xviçia, Cemal Natelaşvili , Levan Kokoraşvili, Qiorqi Tsobexia, Maka Mindiaşvili və Evqenia Tavadze.

Məlum olduğu üzrə, məsləhətləşmələr zamanı “Gürcü Arzusu” müxalifətə 5 namizəd arasından xalq müdafiəçiliyinə seçim edilməsini təqdim edib, lakin müxalifət bu namizədlərin onlar üçün məqbul olmadığını açıqlayıb.