Parlament çoxluğunun üzvü Savalan Mirzoev milli azlığın nümayəndəsi olan tələbələrin adından Gürcüstanın baş nazirinə təşəkkürünü bildirir
Parlament çoxluğunun üzvü Savalan Mirzoev milli azlığın nümayəndəsi olan tələbələrin adından Gürcüstanın baş nazirinə təşəkkürünü bildirir.
Plenar iclasda Mirzoevin bəyan etdiyinə görə, milli azlığın nümayəndəsi olan tələbələrin dövlət idarələrində stajirovkanın pilot proqramı çox önəmlidir.
Mirzoev, dövlət idarələrində stajirovkanı keçən tələbələrin işlə təmin olunma istiqaməti ilə perspektivləri haqqda maraqlandı.
“Keçən il milli azlığın nümayəndəsi olan tələbələr üçün dövlət idarələrində stajirovkanın pilot proqramı işə düşdü. Bilirik ki, qeyd olunan proqramı hökumət qətnamə səviyyəsində qəbul etdi. Bu alqışlanası və önəmlidir. Fürsətdən istifadə edərək, tələbələr və gənclərin adından, qeyd olunan proqrama dəstəyinə görə, baş nazirə təşəkkürümü bildirmək istəyirəm”, – Mirzoev bəyan etdi.