Parlament çoxluğunun lideri prezidentin plenar iclasda illik məruzəsindən sonra çıxış etmək hüququ qazanacaq
Parlament çoxluğunun lideri prezidentin illik hesabatından sonra plenar iclasda çıxış etmək hüququ qazanacaq.
Müvafiq dəyişikliklər Büronun oktyabrın 9-u iclasında təşəbbüs edəcəyi reqlamentə daxil edilib.
Mövcud reqlamentə görə, prezidentin ölkənin vəziyyətinin ən mühüm məsələlərinə dair illik məruzəsinin təqdim edilməsi və çıxışın qaydası belədir: prezidentin çıxışı bitdikdən sonra yalnız fraksiya sədrləri çıxış edir. Dəyişikliyə əsasən, fraksiya sədrlərinin çıxışından sonra tribunaya parlament çoxluğunun lideri çıxacaq.
Reqlamentə əsasən, parlament prezidentin illik hesabatını bir qayda olaraq yaz sessiyasının ilk plenar iclası günü dinləyir. Reqlamentdə parlamentin sədri ilə razılaşdırılmaqla tarixin dəyişdirilə biləcəyi dəyişiklik də var.
Müəllif -
Mehemmed Bayramaliyev