Parlament çoxluğu Levan Bejaşvilinin vitse-spiker vəzifəsinə seçilməsini dəstəkləməyəcək
Parlament çoxluğu Levan Bejaşvilinin vitse-spiker vəzifəsinə seçilməsini dəstəkləməyəcək

 

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze hakim komandanın Levan Bejaşvilinin vitse-spiker vəzifəsinə seçilməsini dəstəkləməyəcəyini bildirib.

“Parlament çoxluğunun ümumi mövqeyindən irəli gələrək, biz Levan Bejaşvilinin vitse-spiker vəzifəsinə seçilməsini dəstəkləməyəcəyik” -deyə Mamuka Mdinaradze açıqlayıb.

Xatırladaq ki, “Milli Hərəkat” vitse-spiker vəzifəsinə Levan Bejaşvilinin namizədliyini irəli sürüb. Onuncu çağırış parlamentində parlament Levan İoselianini xalq müdafiəçisi seçdikdən sonra müxalifət kvotalı vitse-spiker vəzifəsi vakant olaraq qalır.