Parlament çoxluğu ilə müxalifət nümayəndələri arasında görüş keçirilir
Parlament çoxluğu ilə müxalifət nümayəndələri arasında görüş keçirilir.
Görüş parlament sədrinin iş otağında, bağlı qapılar arxasında keçirilir.
Görüşdə əsas müzakirə mövzusu 2024-cü ilin parlament seçkilərində laminatlı şəxsiyyət vəsiqələri ilə səsverməni mümkün edən parlamentin birinci oxunuşda qəbul etdiyi layihədir.
Hakim komandadan görüşdə Şalva Papuaşvili, İrakli Kobaxidze, Qivi Mikanadze və Mamuka Mdinaradze iştirak edir. Müxalifətdən isə Xatuna Samnidze, Mixeil Dauşvili, Tina Bokuçava, Roman Qotsiridze, İaqo Xviçia, Nato Çxeidze. Dəyişikliklərin təşəbbüskarı Pridon İncia görüşdə iştirak etmir.