Doqquzuncu dəvət ilə Parlamentin ikinci yaz sessiyası cari həftə ərzində bitəcək.
Reqlamentin nəzərə alınması ilə, yaz sessiyası iyun ayının sonu cümə günü bağlanacaq. Müvafiq olaraq, sessiya 29 iyun tarixində bağlanacaq.
Qapanışdan sonra, qanunvericilik orqanı fəaliyyətə növbədənkənar iclaslar formatında davam edəcək və istisna deyil ki, prezident Qiorqi Marqvelaşvilidən növbədənkənar iclasların keçirilməsini iyunun sonuna kimi tələb etsinlər, çünki qanunvericilik orqanı bir çox kadr dəyişikliyini qərar alasıdı.
Bununla yanaşı, Parlamentdə cari həftə ərzində, strukturlu yenidən qurulma ilə əlaqədar qanunvericilik dəyişikliyi müzakirə olunacaq. Qanunun qəbul olunmasından sonra qanunvericilik orqanında baş nazir Mamuka Baxtadze tərəfindən hökümmətin yenilənmiş tərkibi etimad almaq üçün təqdim olunacaq.
Hökümətin təsdiqindən əlavə, Parlament reqlament dəyişikliyini müzakirə etməlidir. Ona əsasən, Parlament nəzarəti güclənəcək və qanunvericilik prosedurları yaxşılaşacaq.
Eləcə də, deputatla onlarca qanunvericilik paketini müzakirə etməli olacaqlar və bu paket çərçivəsi daxilində Gürcüstan vətəndaşlığının alınması-itirilməsi ilə əlaqədar məsələlər var.
Parlament eləcə də, narkosiyasətin liberalizasiyası haqda qərar da almalıdır.