Parlament iyunun 16-da "Nazir saatı" formatında İlia Darçiaşvilini dinləyəcək
Parlamentin bürosu iyunun 13-16-da keçiriləcək plenar iclasların gündəliyini müəyyən edib. Parlamentin sədri Şalva Papuaşvili parlamentin iyunun 16-da “Nazir saatı” formatında xarici işlər naziri İlia Darçiaşvilini dinləyəcəyini bildirib.
Şalva Papuaşvilinin qeyd etdiyi kimi, cümə axşamı, iyunun 15-də parlament siyasi qrupları: “Qirçi” və “Lelo – Gürcüstan üçün tərəfdaşlıq” sərbəst tribunadan yararlanacaqlar.
Büro “Avrooptimistlər” parlament siyasi qrupunun qeydiyyatının dəstəklənməsinə səs verib. Plenar iclasların gündəliyinə uyğun olaraq cari sessiya həftəsində 80-dən çox məsələnin müzakirəsi planlaşdırılıb.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.