Parlament iyulun 29-dan növbədənkənar iclasların çağırılmasını planlaşdırır
Parlament iyulun 29-dan növbədənkənar iclasların çağırılmasını planlaşdırır

Qanunvericilik orqanı növbədənkənar iclasların çağırılmasını planlaşdırır.

Gürcüstanın Birinci Kanalının məlumatına görə, Parlament növbədənkənar iclasların çağırılmasını iyulun 29-dan planlaşdırır.

Parlament növbədənkənar iclasların çağırılması məqsədi ilə, prezident Salome Zurabişviliyə müraciət etməlidir.

Növbədənkənar iclaslarda müzakirə olunacaq məsələlərdən biri, konstitusiya dəyişikliklərini müzakirə edən ümumxalq komissiyanın yaradılması olacaq. Komissiya 2020-ci ildə parlament seçkiləri üçün sıfırlı baryer şəraitində proporsional sistemin işə düşməsi və majoritar sisteminin ləğvi üzrə müzakirə aparacaq.