Parlament ikinci oxunuşda Daxili İşlər Nazirliyinin hazırladığı və nəqliyyat vasitələrinin qış təkərləri ilə təchiz edilməsi öhdəliyini nəzərdə tutan qanunvericiliyə dəyişiklikləri dəstəkləyib
Parlament ikinci oxunuşda Daxili İşlər Nazirliyinin hazırladığı və nəqliyyat vasitələrinin qış təkərləri ilə təchiz edilməsi öhdəliyini nəzərdə tutan qanunvericiliyə dəyişiklikləri dəstəkləyib

 
Gürcüstan parlamenti Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış İnzibati Məcəlləyə və Gürcüstanın “Yol hərəkəti haqqında” qanununa nəqliyyat vasitələrinin qış təkərləri ilə təchiz edilməsi öhdəliyini nəzərdə tutan düzəlişlər paketini dəstəkləyib.

81 deputat dəyişikliyi dəstəkləyib.

Qanunvericiliyə dəyişikliklərin müəlliflərinin izah etdiyi kimi, qanunvericiliyə dəyişikliklər paketinin məqsədi yol hərəkəti təhlükəsizliyini təmin etməkdir.

Dəyişikliyə əsasən, dekabrın 1-dən martın 1-dək olan müddətdə Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş zonalarda/yol hissələrində hərəkət zamanı avtonəqliyyat vasitələrinin qış təkərləri ilə təchiz edilməsi məcburi olacaq. Bundan əlavə, xüsusi hallarda, meteoroloji şərait nəzərə alınmaqla, yuxarıda qeyd olunan müddətdən fərqli bir müddət və ya avtomobilin qış təkərləri ilə yanaşı sürüşməyə qarşı zəncirlərlə təchiz edilməsi üçün əlavə tələb müəyyən edilməsi mümkündür. Yuxarıda göstərilən tələblər pozulduqda şəxs inzibati məsuliyyətə cəlb olunacaq. Sanksiya olaraq 100 lari məbləğində cərimə və sürücülük vəsiqəsinin beş bal azaldılması müəyyən edilib. Qış təkərlərinin texniki xüsusiyyətləri Gürcüstan hökumətinin qərarı ilə müəyyən ediləcək.