Gürcüstan Parlamenti hökumətin yeni tərkibini səsə bu gün qoyacaq. Sessiyaya qədər baş nzirliyə namizəd İrakli Ğaribaşvili və nazirliyə namizədlər fraksiya formatında “Gürcü Arzusu” ilə görüşəcəklər. Müxalifət görüşdən imtina etdi. Parıament çoxluğunun bəyan etdiyinə görə, sualları sessiyada verəcəklər.
Ona qədər qanunvericilik orqanı nazirliyə namizədləri iki gün ərzində, sürətləndirilmiş qayda ilə dinlədi. Dünən deputatlar qarşısında altı namizəd təqdim olundu. Proqramı tanış etmək üçün namizədlərin 20-20 dəqiqələri var idi.
“Ötən iki gün, şənbə və bazar komitələr tərəfindən nazirliyə namizədlərin və hökumət proqramının müzakirəsinə istifadə olundu. Müvafiq nazirliklər və komitələr bloklara əsasən qruplaşdırlmışdı. Bu dinləmələr komitələrdə başa çatdı. Komitələr tərəfindən müsbət razılıqlar alındı, bu gün səhərdən isə, baş nazir və nazirliyə namizədlərlə fraksiya görüşləri olacaq. Bundan sonra büroda bu komitələrin qərarlarının təhriki baş verəcək və artıq sessiyada, elə bu gün, baş nazir və hökumət planının dəstəklənməsi məsələsi olacaq. Bildiyiniz kimi, çoxluq baş nazirliyə namizəd və hökumət proqramını dəstəkləyir”, – Prosedur məsəslələri Komitəsinin sədri, İrakli Kadaqişvili bəyan etdi.
Hökumıt komandasında iki yeni sima var – Müdafiə nazirliyinə namizəd Cuanşer Burçuladze və Bölgə İnkişaf və İnfrastruktur nazirliyinə namizəd İrakli Karseladze. Etimadın alınması üçün hökumətə 76 deputatın dəstəyi lazımdır.