Parlament Gürcüstanın 2023-cü il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib
Gürcüstan parlamenti “Gürcüstanın 2023-cü il dövlət büdcəsi haqqında” qanuna düzəlişləri 82 leyhinə, 1 səs əleyhinə olmaqla qəbul edib.
Maliyyə nazirinin birinci müavini Qiorqi Kakauridzenin verdiyi məlumata əsasən, yenilənmiş makroiqtisadi parametrlərə görə: 2023-cü il üçün real iqtisadi artım proqnozu artır və 6,5% səviyyəsində müəyyən edilib; Ümumi Daxili Məmulat deflyatorunun proqnozu 3,1%-ə endirilib; Həmçinin, inflyasiyanın proqnoz göstəricisi azaldılıb və 2,6% təşkil edir; Nominal ümumi daxili məhsulun həcmi 78,8 milyard lari, birləşmiş büdcənin vergi daxilolmaları isə 19,4 milyard lari məbləğində müəyyən edilib.
Birgə büdcənin gəlirlərindən danışan Qiorqi Kakauridze vergi daxilolmalarının 520,0 milyon lari artdığını, bunun 420,0 milyon larinin dövlət büdcəsinə, 100,0 milyon larinin isə muxtar respublikaların respublika və bələdiyyə büdcələrinə daxil olacağını qeyd edib.
Onun sözlərinə görə, borclanma dərəcəsi 363,0 milyon lari azaldılıb və bu, büdcədə dəyişiklik edilməsinin istiqamətlərindən biridir. Qiorqi Kakauridzenin sözlərinə görə, dövlət büdcəsindən ayrılan vəsait 431,2 milyon lari artaraq 22 311,3 milyon lari təşkil edəcək.
Dəyişikliyə əsasən, İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinə ayrılan vəsait 250,0 milyon lari, Təhsil və Elm Nazirliyinə ayrılan vəsait 47,0 milyon lari, Mədəniyyət, İdman Nazirliyinə ayrılan vəsait 34,0 milyon lari, İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə ayrılan vəsait – 23,0 milyon lari, Regional İnkişaf və İnfrastruktur Nazirliyinə ayrılan vəsait – 20,0 milyon lari, Daxili İşlər Nazirliyinə ayrılan vəsait – 40,0 milyon lari, Müdafiə Nazirliyinə ayrılan vəsait – 10,0 milyon lari, Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait – 21,2 milyon lari artırılır ki, bu da 2024-cü ildə parlament seçkilərinin elektron formada keçirilməsi üçün zəruri olan avadanlıq və xidmət xərclərinin qismən maliyyələşdirilməsi ilə bağlıdır.
Dəyişikliyə əsasən, yeni binanın tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün Xalq Müdafiəçisi Aparatına 2,5 milyon lari, cari xərclərin maliyyələşdirilməsi üçün isə Fərdi Məlumatların Mühafizəsi Xidmətinə 500,0 min lari ayrılacaq.
Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev