Parlament Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqələri ilə bağlı qanunvericiliyə dəyişikliyi dəstəkləyib
Parlament Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqələri ilə bağlı qanunvericiliyə dəyişikliyi dəstəkləyib

 
Parlament üçüncü oxunuşda “Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatı, şəxsiyyət (yaşayış) vəsiqəsi və Gürcüstan vətəndaşının pasportunun verilməsi qaydası haqqında” qanuna dəyişikliyi sürətləndirilmiş şəkildə müzakirə edib və 83 səslə qəbul edib.

Layihəyə əsasən, 2024-cü ilin iyulun 1-dən Gürcüstan vətəndaşının 2011-ci ilin iyulun 28-dək verilmiş etibarlı qeyri-elektron şəxsiyyət vəsiqələri ləğv ediləcək.

Bununla belə, qanun layihəsi ilə sözügedən şəxsiyyət vəsiqələrinin sahiblərinin bunun əvəzinə verilmiş yeni şəxsiyyət vəsiqələrində müvafiq şəxsin eyni identifikasiya göstəricilərinin əks olunacağı müəyyən edilib.

Parlamentin üzvləri Anri Oxanaşvili, Davit Matikaşvili, İrakli Şatakişvili, Aleksandre Tabatadze, Aluda Ğuduşauri, Rati İonatamişvili, Pridon İncia, Tenqiz Şarmanaşvili və Quram Macharaşvili qanun layihəsinin təşəbbüskarlarıdırlar.