Parlament gender kvotalarının ləğvi ilə bağlı Prezidentin vetosunu aşdı
Parlament gender kvotalarının ləğvi ilə bağlı Prezidentin vetosunu aşdı

Gürcüstan parlamenti prezidentin “Seçki Məcəlləsi” ilə bağlı əsaslandırılmış iradlarını nəzərə almadı və vetonu aşdı

Söhbət seçki məcəlləsində gender kvotaları ilə bağlı edilən dəyişikliklərdən gedir.

Prezidentin əsaslandırılmış iradlarını bir deputat dəstəkləyib, 28 deputat isə əleyhinə çıxıb. Buna görə də əsaslandırılmış iradlar Parlament tərəfindən paylaşılmayıb.

Dəyişikliklər orijinal redaksiya ilə qəbul edilib.

Prezident aprelin 18-də gender kvotalarının ləğvinə veto qoyub.

Seçki Məcəlləsinə edilən dəyişikliklərlə partiya siyahısında Gürcüstan parlamentinin üzvlüyünə namizədlərin minimum sayı 60 yerinə, 30 nəfər olaraq müəyyən edilib. Dəyişiklik həmçinin, “Vətəndaşların siyasi birlikləri haqqında” üzvi qanuna daxil edilib, buna əsasən də, siyahılarda müvafiq proporsiyada qadın namizədlərin daxil edilməsi ilə əlaqədar partiyalara əlavə maddi stimullar təklif edən mexanizm ləğv edilir.