Parlament qarşısında etiraz aksiyası keçirilir
Parlament qarşısında etiraz aksiyası keçirilir

Rustaveli prospektində, Parlament qarşısında media nümayəndələrinin etiraz aksiyası keçirilir.

Aksiya iştirakçıları operator Lekso Laşkaravanın vəfat etməsi işinin istintaqını və baş nazirin istefasını tələb edirlər.

“Leksoya söz vermək istəyirəm, biz bu işi sonuna qədər aparacağıq. Leksonun ölümündən başqa heç bi rşeyi işıqlandımayacam. Lekso, biz bunu sonuna qədər aparacağıq. Peşə fəaliyyətinə qurban gedən həmkarımıza əl çalaq. Bunu törədənlərə göstərək ki, nə qədərik. Hər şeyi etidiniz, nəyi eəd edə bilərdinizsə. Bu gün mənim üçün qaranlıqladı. Əgər bu hökumətdə kimində ölkəyə biraz da ürəyi yanırsa, göstərin, baş naziri işdən çıxarın, hamıya cavab verdirin”, – “Tv Pirvelinin” direktoru, İnqa Qriqoliya bəyan etdi.

5 iyul hadisələri zamanı döyülən “Tv Pirvelinin” operatoru, Lekso Laşkarava vəfat etdi. Vəfat etmənin səbəbi bu vaxta qədər məlum deyil. Lekso Laşkarava klinikada bir neçə gün ərzində qalırdı. Bundan sonra onu evə buraxdılar.

Lekso Laşkaravanın vəfat etməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladı.