Gürcüstan parlamentinin binası yaxınlığında aksiya keçirilib.
“Bu Gürcüstandır – Qəhrəmanlara şöhrət” adlı aksiya Ukraynada Rusiyanın müharibəsinin başlamasının ildönümü ilə bağlı olub.
Gürcü və Ukrayna dillərində keçirilən aksiyada vətəndaşlar, siyasi partiyaların nümayəndələri iştirak ediblər. Aksiyada Gürcüstanda yaşayan Ukrayna vətəndaşları iştirak ediblər.
Kiyevin meri Vitali Kliçko, eləcə də “Droa” partiyasının lideri Elene Xoştaria Kiyevdən aksiya iştirakçılarına müraciət ediblər.
Ukrayna ilə həmrəylik aksiyasında Ukrayna müharibəsində həlak olan gürcü döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.