Parlament qarşısında aksiya başa çatdı
Parlament qarşısında aksiya başa çatdı

Gürcüstan Parlamenti qarşısında aksiya başa çatdı. Qanunvericilik binası qarşısında səhnə və texniki avadanlıqlarının sökülməsi həyata keçirilir.

Aksiya təşkilatçılarının bəyan etdiyinə görə, onların fəaliyyətləri və mübarizəsi nəticəsidir ki, bu gün Parlamentdə “xarici təsirin şəffaflığı barəsind” qanunlayihənin ikinci oxunuşla səsverməsi baş tutmadı.

Bununla yanaşı, onların dediyinə görə, indi onlar mübarizələrini Avropa İttifaqının 12 tövsiyyəsinin yerinə yetirilməsi üçün davam etdirəcəklər.

“Bu bizim, xalqın qələbəsidir. Saat 06:00-a qədər qalırdıq, dəfələrlə dağıdırdılar, lakin geri ümumi Avropa və milli ideya ilə gəlirdik. Bu etirazın əsas tələbi qanunlayihənin baş tutmaması idi. Lakin bizim əhval-ruhiyyəmizdir ki, Gürcüstan Avropa İttifaqının üzvü olmalıdır. Buna görə, 12 müdda üzrə uzunmüddətli kampaniyaya başlayırıq. Vaxtaşırı aksiyalar və başqa formalarla işləyəcəyik ki, 12 müddəa mütləq yerinə yetirilsin və Gürcüstan namizəd statusunu alsın”, – aksiyanın təşkilatçılarından biri, Tamar Cağeli bəyan etdi.