Parlament ərazisində aksiya zamanı Daxili İşlər Nazirliyinin ayrı-ayrı əməkdaşlarının səlahiyyətlərindən mümkün sui-istifadə etməsi faktı üzrə istintaq başlayıb
Parlament ərazisində aksiya zamanı Daxili İşlər Nazirliyinin ayrı-ayrı əməkdaşlarının səlahiyyətlərindən mümkün sui-istifadə etməsi faktı üzrə istintaq başlayıb

 

Xüsusi İstintaq Xidməti parlament ərazisində dünən keçirilən aksiya zamanı Daxili İşlər Nazirliyinin ayrı-ayrı əməkdaşlarının iki vətəndaşa münasibətdə səlahiyyətlərindən mümkün sui-istifadə etməsi faktı üzrə istintaq başladıb.

“Xüsusi İstintaq Xidməti 2023-cü ilin martın 3-də Gürcüstan Daxili İşlər Nazirliyinin ayrı-ayrı əməkdaşları tərəfindən 2023-cü ilin martın 2-də Tbilisidə, Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən etiraz aksiyasının iştirakçıları B.Q. və N.N.-yə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mümkün zorakılıq törədilməsi faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” yarımbəndində nəzərdə tutulmuş cinayət əlamətləri ilə istintaq başladıb.

Xüsusi İstintaq Xidməti istintaqın obyektiv aparılması üçün bütün zəruri istintaq və prosessual tədbirləri həyata keçirir”- deyə qurumun məlumatında qeyd olunub.