Parlament əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb
Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.
Parlamentin bəyanatında deyilir ki, əlavə təhlükəsizlik tədbirlərinin məqsədi mümkün təxribatların qarşısını almaq, parlament üzvləri və Aparat əməkdaşlarının iş şəraitini təmin etməkdir.
“Noyabrın 8-də saat 18:00-dan etibarən Gürcüstan Parlamenti sədrinin 2016-cı il 30 dekabr tarixli N259/3 nömrəli “Parlament Sarayında və ətraf ərazilərdə təhlükəsizlik rejimi haqqında” Sərəncamı ilə müəyyən edilmiş reqlamentə uyğun olaraq , KİV nümayəndələri istisna olmaqla, Parlament binasına məhdud giriş tətbiq olunacaq.
Bu tədbirin məqsədi mümkün təxribatların qarşısını almaq və Gürcüstan parlamentinin üzvlərinə və işçi heyətinə iş şəraiti yaratmaqdır”, – məlumatda deyilir.
“Milli Hərəkat”ın təşkil etdiyi mitinq bu gün saat 20:00-da Azadlıq meydanında keçiriləcək.