Parlament əksəriyyəti çərçivəsində bugün iki yeni fraksiya yaradılacaq.
Bidzina Geqidze və Qoca Enukidzenin fraksiyalarını ilk başda, prosedur məsələləri üzrə komitə müzakirə edəcək, daha sonra isə, hər iki fraksiya büro iclasında qeydiyyatdan keçəcək.
Bidzina Geqidzenin fraksiyasının adı “Gürcü Arzusu – Güclü Gürcüstan üçün” olacaq, Qoça Enukidzenin fraksiyasının adı isə, “Gürcü Arzusu – Güclü iqtisadiyyat” olacaq.
Qeyd olunan fraksiyalarda 18 deputat birləşəcək.
Parlament əksəriyyəti iki yeni fraksiyanın yaradılması haqqında bəyanatı iki həftə bundan öncə vermişdi.
Enukidze və Geqidzenin fraksiyalarının yaradılmasından sonra, iqtidar dəstəsi sıralarında səkkiz fraksiya olacaq.