Parlament əksəriyyətinin görüşü ehtimala görə, gələn həftə keçiriləcək
Parlamentin vitse-spikerinin məlumatına görə, parlament əksəriyyətinin görüşü ehtimala görə, gələn həftə keçiriləcək.
Volskinin jurnalistlərə verdiyi məlumata görə, iclasın təxirə salınmasının səbəbi Gürcüstanda planlaşdırılan səfərlər və tədbirlərdir.
“Düşünmürəm ki, vəziyyətin gərginləşməsinin xüsusi səbəbi olsun. Yəqin ki, iclası gələn həftə keçirəcəyik. Müəyyən tədbirlər planlaşdırılıb, Polşa nümayəndə heyyəti gəlir və iki tərəfli parlament assambleyasını yaradırıq.
Həmçinin Batumidə NATO-nun keçirdiyi böyük təhlükəsizlik forumu planlaşdırılıb.
Mövcud olan gərginliyi bu səbəbə görə, ələ almalıyıq və iş haqqında danışa biləcəyimiz zamanı gözləməliyik.
Hərşeyə öz adı veriləcək və hərşey yaxşı olacaq” – dedi Gia Volski.
Parlament əksəriyyətinin görüşü şənbə günü keçirilməli idi və görüşün mövzusu son zaman yaranan vəziyyət olmalı idi.