Parlament əksəriyyəti tərəfindən "Ümumi Məhkəmələr haqqında" qanunlayihəyə düzəlişlər əlavə edildi
Parlament əksəriyyəti tərəfindən "Ümumi Məhkəmələr haqqında" qanunlayihəyə düzəlişlər əlavə edildi

Parlament əksəriyyəti Venesiya kommisiyasının rekomendasiyalarından irəli gələrək, “Ümumi məhkəmələr haqqında” qanunlayihəyə düzəlişlər əlavə etdi.

Qanunlayihəyə bir maddə əlavə edildi, hansında qeyd olunur ki, Ali Ədliyyə Şurası parlamentə Ali Məhkəmənin sədri və yaxud hakimi vəzifəsinə elə bir şəxsi təqdim edəcək, hansı ki, Gürcüstan Konstitusiyası ilə və qanunla hakim üçün gərəkli olan bütün kvalifikasiya tələblərini qane edəcək.

Yenə bir düzəlişə əsasən isə, korrektləşdirilmiş versiya ilə, əgər Ali Məhkəmənin hakim namizədi Ali Ədliyyə Şurasının üzvüdürsə, şura namizədləri dəyərləndirmək və yaxud səs vermək prosedurunun heç bir mərhələsində iştirak etmək haqqına sahib deyil. O həmçinin, namizədə sual vermək haqqına da sahib deyil.

Qeyd olunan qanulayihəyi parlament ikinci oxunula bugünki plenar iclasda müzakirə edəcək.