Parlament əksəriyyəti 20-21 iyun tarixində parlamentin yanında baş verən hadisələrlə bağlı qətnamə layihəsi hazırladı
Parlament əksəriyyəti 20-21 iyun tarixində parlamentin yanında baş verən hadisələrlə bağlı qətnamə layihəsi hazırladı

Parlament əksəriyyəti 20-21 iyun tarixində parlamentin yanında baş verən hadisələrlə bağlı qətnamə layihəsini hazırladı və qeydiyyatdan keçirdi.

Layihə haqqında bugün keçirilən brifinqdə vitse-spiker Gia Volski danışdı.

Layihə 10 punktdan ibarətdir və ona əsasən, parlament Gürcüstan Konstitusiyasına və Konstitusiya ilə təsdiqlənən insan hüquqlarına arxalanaraq hərəkət edir.

Qətnamə layihəsində deyilir ki, onda sadalanan bütün maddələri nəzərə alaraq, Gürcüstan parlamenti bütün iqtidar orqanlarına müraciət edir ki, 2019-c-u ilin 20-21 iyun hadisələrinin istintaqına xüsusi diqqət yetirilsin.

Layihədə qeyd olunur ki, ictimaiyyətin yüksək marağından dolayı, Gürcüstan parlamenti qeyd olunan hadisələrin istintaqının vaxtında başa çatdırılmasını zəruri hesab edir.