Parlament ədliyyə islahatları çərçivəsində hazırlanmış qanun layihələrini Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərib
Parlament ədliyyə islahatları çərçivəsində hazırlanmış qanun layihələrini Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərib

 

Gürcüstan parlamenti ədliyyə islahatları çərçivəsində hazırlanmış qanun layihələrini birgə hüquqi rəy verilməsi üçün Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərib. Bu barədə Gürcüstan parlamenti məlumat yayır.

Gürcüstan parlamentinin məlumatına əsasən, birgə hüquqi rəyin verilməsi üçün aşağıdakı qanunlara dəyişikliklər təqdim olunub: “Ümumi məhkəmələr haqqında” qanuna dəyişikliklər edilməsi haqqında”, “Şəxsi məlumatların mühafizəsi haqqında” Gürcüstan qanununa dəyişiklik edilməsi haqqında”, “Gürcüstanın Ümumi İnzibati Məcəlləsinə dəyişikliklər edilməsi haqqında”, “İctimai müəssisələrdə maraqların uyğunsuzluğu və korrupsiya haqqında” qanuna dəyişiklik edilməsi haqqında, “Gürcüstan parlamentinin reqlamentinə dəyişiklik edilməsi haqqında”.