Parlament “Deoliqarxizasiya haqqında” qanun layihəsini üçüncü oxunuşda geri çəkib
Parlament “Deoliqarxizasiya haqqında” qanun layihəsini üçüncü oxunuşda geri çəkib

 
Parlamentdə “Deoliqarxizasiya haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib və səsvermədə geri çəkilib.

Hakim komandada bildirilib ki, artıq deoliqarxizasiya ilə bağlı ayrıca qanunun qəbuluna ehtiyac yoxdur və qanunverici orqan artıq oxşar qanun qəbul etməyəcək, çünki Avropa İttifaqı tərəfindən bu tələb aradan qaldırılıb.

Bundan əlavə, “Gürcü Arzusu” partiyasında qeyd edilir ki, deoliqarxizasiya üzrə fəaliyyət planı layihəsi həftənin sonuna kimi Venesiya Komissiyasına göndəriləcək.