Parlament Dekanoidze-Qotsiridzenin siyasi qruplarla bağlı təşəbbüsünü birinci oxunuşda dəstəkləyib
Parlament Roman Qotsiridze və Xatia Dekanoidzenin siyasi qruplarla bağlı qanunvericilik təşəbbüsünü birinci oxunuşda dəstəkləyib.
Bu gün keçirilən plenar iclasda reqlamentdə dəyişikliklər səsverməyə qoyulub. 119 deputat qeydiyyatdan keçib, 91 deputat dəyişikliyi dəstəkləyib, əleyhinə səs verən olmayıb.
Söhbət qəbul edilməsilə “Milli Hərəkat” fraksiyasından çıxan deputatlara siyasi qrup yaratmağa imkan verəcək dəyişikliklərdən gedir.