Parlament “De-oliqarxizasiya haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə qaytarıb
Parlament “De-oliqarxizasiya haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə qaytarıb

 

Parlament bu gün keçirilən plenar iclasda qəbul edilən qərarla iki oxunuşda qəbul edilmiş “De-oliqarxizasiya haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə qaytarıb.

Məruzəçi, Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvilinin qeyd etdiyi kimi, buna səbəb Venesiya Komissiyasının de-oliqarxizasiya məsələlərinin daha da aydınlaşdırılması ilə bağlı gəldiyi qənaətdir.

“Bizim vəzifəmiz komitənin iclasında bu qənaət və tövsiyələrin müzakirəsini davam etdirmək, qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının qiymətləndirməsinə görə, daha da aydınlaşdırılmalı və keçirilməli olan məsələlərə aydınlıq gətirməkdir. Müvafiq olaraq, biz bunu üçüncü oxunuşda müzakirə etməmək və məhz düzəliş edilmiş variantı növbəti plenar iclasda təqdim etmək qərarına gəldik”- deyə Anri Oxanaşvili açıqlayıb.