Parlament Bürosunun sabahkı iclasında məhkəmə ilə bağlı yeni qanunvericilik dəyişikliyinə start veriləcək
Parlament Bürosunun sabahkı iclasında məhkəmə ilə bağlı yeni qanunvericilik dəyişikliyinə başlanacaq, qanun layihəsi çoxluq üzvləri tərəfindən hazırlanıb. Layihəyə əsasən, Gürcüstanın Ali Məhkəməsinin hakimi vəzifəsinə seçilmək üçün müəyyən edilmiş tələblərdən biri – ixtisası üzrə ən azı beş il iş təcrübəsi olan – azı 10 il ixtisas üzrə təcrübə tələbi ilə əvəz olunur.
Həmçinin, qanun layihəsinə əsasən, rayon (şəhər) və ya apellyasiya məhkəməsinin hakiminin təyin edilməsi və Gürcüstanın Ali Məhkəməsinin hakimi vəzifəsinə namizədin seçilməsi qaydası ilə bağlı Şura üzvlərinin apellyasiya şikayəti nəticəsində namizədin yenidən qiymətləndirilməsi və Gürcüstanın Ali Ədliyyə Şurasına təkrar təqdimatların alınması zamanı Gürcüstan Ali Məhkəməsinin İxtisas Kollegiyasının qərarını nəzərə alması müəyyən edilib.
Dəyişikliklər hakimin başqa məhkəməyə ezam olunması məsələlərini də əhatə edir. O cümlədən, hakimin başqa məhkəməyə ezam edilməsi üçün əsasların məzmunu dəqiqləşdirilir və hakimin razılığı olmadan başqa məhkəməyə ezamiyyət müddətinin uzadılmasının maksimum müddəti iki ildən bir ilə endirilir. Bundan əlavə, layihədə Gürcüstan Ali Ədliyyə Şurasının öz qərarını əsaslandırmaq öhdəliyi də aydınlaşdırılır. Xüsusilə, qanunda açıq şəkildə göstərilir ki, Gürcüstanın Ali Ədliyyə Şurası hakimin başqa məhkəməyə ezam edilməsi və ya ezamiyyət müddətinin hakimin razılığı olmadan uzadılması zərurətinə səbəb olan halların mövcudluğunu əsaslandırmalıdır.
Yuxarıda göstərilənlərə əlavə olaraq, Gürcüstan Ali Ədliyyə Şurasına hər hansı üç aylıq müddətdə dörddən artıq hakim üzvünün seçilməsi qadağası sərtləşdirilir; O cümlədən, qeyd olunan üç aylıq müddət altı aya qədər artırılır. Bundan əlavə, müəyyən edilib ki, Gürcüstan parlamenti parlamentin eyni iclasında Gürcüstan Ali Ədliyyə Şurasının dörddən çox üzvünü seçə bilməz.
Dəyişikliklərlə, intizam xətalarından birinin – hakimin siyasi neytrallıq prinsipini pozaraq ictimai rəy bildirməsinin – məzmunu dəqiqləşdirilir.
Müəllif -
Mehemmed Bayramaliyev