Parlament birinci oxunuşda reqlamentə dəyişiklikləri qəbul edib, dəyişikliklərə əsasən xalq müdafiəçiliyinə namizədin təqdim edilməsi və seçilməsi yeni prosedur əsasında həyata keçiriləcək
Parlament birinci oxunuşda reqlamentə dəyişiklikləri qəbul edib, dəyişikliklərə əsasən xalq müdafiəçiliyinə namizədin təqdim edilməsi və seçilməsi yeni prosedur əsasında həyata keçiriləcək

 

Parlament, birinci oxunuşda 88 səslə reqlamentdə nəzərdə tutulan dəyişiklikləri dəstəkləyib. Xalq müdafiəçiliyinə namizədin təqdim edilməsi və seçilməsinin yeni qayda və prosedurla həyata keçirilməsini nəzərdə tutan “Gürcüstan parlamentinin reqlamentinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarcveladze deputatlara təqdim edib.

“Bu, 12 bəndlik planın on ikinci məsələsi ilə bağlı dəyişiklikdir və xalq müdafiəçisinin seçilməsi ilə bağlıdır. Hazırkı xalq müdafiəçisinin səlahiyyət müddəti bu ilin dekabr ayının əvvəlində başa çatır, bundan irəli gələrək bizim vəzifəmiz, on iki bəndlik plan çərçivəsində müəyyən edilmiş standartlara və prinsiplərə, eləcə də bu məsələni tənzimləyən bir sıra beynəlxalq standartlara uyğun olaraq, mövcud qanunvericiliyə əsasən vaxtında, bu tarixlərə qədər prosedurların planlaşdırılmasını təmin etməkdir”- deyə məruzəçi bildirib.

O, təqdim olunan dəyişikliyin mahiyyətindən danışıb və qeyd edib ki, reqlament layihəsi ilə Gürcüstanın xalq müdafiəçisinin seçilməsi üçün müvəqqəti qayda müəyyən edilir və bu, xalq müdafiəçiliyinə namizədin seçilməsi və irəli sürülməsi prosesinin yüksək şəffaflığını təmin edir. Belə ki, layihəyə əsasən, 2022-ci ildə Gürcüstanın xalq müdafiəçisi vəzifəsinə namizədlər parlament sədrinin əmri ilə müəyyən edilmiş qayda əsasında parlamentə təqdim olunacaq.

Parlament sədrinin əmri ilə tərkibi doqquz nəfərdən ibarət olmaqla, vətəndaş cəmiyyətinin, o cümlədən akademik və peşəkar dairələrin iştirakının təmin ediləcəyi xüsusi qiymətləndirmə işçi qrupunun yaradılması müəyyən ediləcək.

 Layihəyə əsasən, işçi qrup tərəfindən namizədlərin qiymətləndirilməsindən sonra Gürcüstan parlamentinin reqlamentinə uyğun olaraq xalq müdafiəçiliyinə namizəd irəli sürmək səlahiyyəti olan subyektlər qiymətləndirmə prosesində iştirak etmək üçün Gürcüstan parlamentinə müraciət etmiş namizədlər arasından Gürcüstan parlamentinə namizədlər təqdim etmək imkanı əldə edəcəklər. İrəli sürülən namizədlərin ümumi sayının 7 nəfərdən az olmaması müəyyən ediləcək ki, bu da öz növbəsində seçim prosesində parlament üçün namizədlərin müxtəlifliyini təmin edir. Məruzəçinin açıqlamasına əsasən, sözügedən dəyişikliyin həyata keçirilməsi Gürcüstanın xalq müdafiəçiliyinə namizədlərin seçim prosesinin şəffaflığını və inklüzivliyini artıracaq.

Sessiyada Mixeil Sarcveladze məsələ ilə bağlı sualları cavablandırıb. Fikirlər bildirilib.

Daha sonra keçirilən səsvermədə parlament qanunlayihəni 88 səslə dəstəkləyib.

Bugünkü iclasda parlament dünən keçirilən iclasda üçüncü oxunuşla müzakirə edilmiş “Gürcüstanın Kəşfiyyat Xidməti haqqında” Gürcüstan qanununa dəyişikliklərlə bağlı qanun layihələri paketini , həmçinin “Gürcüstanın 2021-ci ilin dövlət büdcəsinin icrasına dair Gürcüstan hökumətinin hesabatı haqqında” parlamentin qətnamə layihəsini qəbul edib.

Bu barədə məlumatı parlamentin mətbuat xidməti yayır.