Parlament binasında bu gün əlavə təhlükəsizlik tədbirləri qüvvəyə minəcək
Parlament binasında bu gün əlavə təhlükəsizlik tədbirləri qüvvəyə minəcək

Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayır.

“Gürcüstan Parlamenti sədrinin 30 dekabr 2016-cı il tarixli N259/3 nömrəli “”Parlament Sarayında və həndəvər ərazidə təhlükəsizlik rejimi haqqında” sərəncamı ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, 9 iyunda giriş-çıxış məhdudlaşdırılacaq, media nümayəndələri istisna olmaqla.

Qeyd olunan tədbirin məqsədi mümkün təxribatların qarşısını almaq və Gürcüstan Parlamentinin üzvləri və aparatın əməkdaşları üçün iş şəraitinin təmin edilməsidir”, – Gürcüstan Parlamentində bəyan edirlər.

Bu gün Parlamentin sədri deputatlar qarşısında illik hesabatla təqdim olunacaq.