Beş deputatın səlahiyyəti dayandırıldı. Qeyd olunan qərarı Parlamentin plenar iclasında səsə qoydular.
Gürcüstan Parlamentinin qərarına əsasən, İrakli Kovzanadze, Giorgi Xelaşvili, Nino İobaşvili, Vladimir Çaçibaya və Giorgi Amilaxvarinin səlahiyyətlərinə xitam verildi.
Məlum olduğu kimi, Vladimir Çaçibaya və Nino İobaşvili baş nazirin müşaviri olacaqlar və bu vəzifə deputat səlahiyyətləri ilə bir araya sığmayacaq.
Mövcud məlumatla, Giorgi Xelaşvili Parlamentin sədrinin müşaviri olacaq.
Giorgi Amilaxvari isə, Gürcüstan Təhsil və Elm naziri vəzifəsinə təyin edildi.