Parlament baş prokuror vəzifəsinə İrakli Şotadzeyi təsdiqlədi
Parlament baş prokuror vəzifəsinə İrakli Şotadzeyi təsdiqlədi

Gürcüstanın baş prokuroru İrakli Şotadze oldu.

Qanunverici orqan baş prokuror vəzifəsinə İrakli Şotadzeyi bu günki iclasda təqdim etdi.

Qeydiyyatdan 89 deputat keçdi. İrakli Şotadzeyi 82 deputat dəstəklədi, əleyhinə səs verən olmadı.

Yeddi deputat səs verməkdən baş qaçırtdı. Səs vermə qapalı qayda ilə keçirildi.

Qanunvericilik nəzərə alınaraq, parlament baş prokuror vəzifəsinə İrakli Şotadzeyi altı il müddəti ilə seçdi.

İrakli Şotadze baş prokurorluğa 2015-ci ildən rəhbərlik edirdi.

Prokuror vəzifəsindən o 2018-ci ilin mayın 31-də, Xorava küçəsində baş verən cinayətin istintaqı ilə bağlı yaranan ictimai narazılığa görə,  istefa etmişdi.

Prokuraturada İrakli Şotadze 2006-cı ildən işləyir. 2010-cu ilin sentyabrı ayına qədər isə, orada müxtəlif vəzifələrdə işləyirdi.