Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili parlament azlığının iclasında çıxış edir.
Baş nazirin qeyd etdiyinə görə, bugün o gələcək planlar və artıq həyata keçirilən layihələr haqqında danışacaq və parlament azlığının suallarına cavab verəcək.
“Gələcək planlarım haqqında danışmaq istəyirəm. Buraya sizin iradlarınızı və tövsiyyələri dinləmək və nəzərə almaq üçün gəldim. Ümid edirəm ki, iradlarınızı konstruktiv şəkildə müzakirə edə biləcəyik” – dedi baş nazir.