Parlament aprelin 20-də “Nazir saatı” formatında ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirini dinləyəcək
Parlament aprelin 20-də “Nazir saatı” formatında ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqianı dinləyəcək.
Bu barədə parlamentin sədri Şalva Papuaşvili büronun iclasında açıqlayıb.
“Plenar iclasların keçiriləcəyi günlərə gəlincə, mövcud gündəlikdən irəli gələrək, böyük ehtimalla, plenar iclaslar çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri keçiriləcək. Biz bu qrafikə uyğun işləyəcəyik”- deyə Şalva Papuaşvili açıqlayıb.