Parlament 2024-cü ilin dekabrın 31-dən standartlaşdırılmış qablaşdırma ilə tütün məmulatlarının satışı normalarının qüvvəyə minməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib
Parlament 2024-cü ilin dekabrın 31-dən standartlaşdırılmış qablaşdırma ilə tütün məmulatlarının satışı normalarının qüvvəyə minməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib

 
Tütün məmulatlarının standartlaşdırılmış qablaşdırma ilə satışı ilə əlaqədar normalar 2024-cü ilin dekabrın 31-dən qüvvəyə minəcək.

Parlament “Tütünə nəzarət haqqında” qanuna dəyişikliyi birinci oxunuşda, 66 səslə qəbul edib.

Təşəbbüskarlardan biri Davit Sonğulaşvili bildirib ki, qanun layihəsi tütün məmulatlarının standartlaşdırılmış qablaşdırma ilə satışı və yerləşdirilməsi ilə bağlı normaların, eləcə də hökumət tərəfindən qanuni normativ aktların hazırlanması müddətinin müəyyən edilməsi ilə bağlı normanın qüvvəyə minmə müddətinin dəyişdirilməsini nəzərdə tutur.

“Sözügedən normalar 2022-ci ilin 31 dekabr tarixi əvəzinə, 2024-cü ilin dekabrın 31-dən qüvvəyə minəcək” -deyə Davit Sonğulaşvili açıqlayıb.