Parlament 2021-ci ilin dövlət büdcəsini təsdiqlədi
Parlament 2021-ci ilin dövlət büdcəsini təsdiqlədi

Onuncu çağırış parlamenti 82 səslə leyhinə və bir səs əlyehinə olaraq, 2021-ci ilin dövlət büdcəsini təsdiqlədi.

2021-ci ilin dövlət büdcəsini deputatlar bugünki növbədənkənar iclasda bütün gün müzakirə edirdilər.

Əsas maliyyə sənədinin parametrlərini Maliyyə Naziri İvane Maçavariani təqdim etdi.

2021-ci ilin büdcəsi 18 milyard 400 milyon lari ilə müəyyənləşdirildi, hansı ki, 4,3-faizlik iqtisadi artım üçün nəzərdə tutulub.

Layihəyə əsasən, büdcə defisiti 7,6 faizi, inflasiya 3 faizi, dövlət borcları isə, kritik həddi, 60-ı keçəcək.

İclasda müxalifət nümayəndələri, boykot rejimində olduqlarına görə, iştirak etmədilər.