Parkların özbaşına qazılmasına və zərər vurulmasına görə cərimələr təyin edilir
Parkların özbaşına qazılmasına və zərər vurulmasına görə cərimələr təyin edilir

 

Parkların özbaşına qazılmasına və zərər vurulmasına görə cərimələr təyin edilir. Hökumət tərəfindən “İnzibati Xətalar Məcəlləsi”ndə müvafiq dəyişikliklər hazırlanaraq parlamentə təqdim edilib.

Dəyişikliyə əsasən, parkların özbaşına qazılmasına və zərər vurulmasına, o cümlədən tikinti materialları ilə qazılmasına və qazılmış yerləri ilkin vəziyyətinə gətirmədən tərk etməyə görə fiziki şəxs 200 lari, hüquqi şəxs isə 1000 lari məbləğində cərimə ediləcək.

Layihəyə əsasən, mədəni irs zonasında törədiləcək eyni hərəkət fiziki şəxsin 1000 lari, hüquqi şəxsin isə 3000 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.

Bu gün qüvvədə olan qanunvericiliyə əsasən, həyətyanı sahələrin, küçə və meydanların özbaşına və tikinti materialları ilə qazılması  hallarına görə inzibati cərimə müəyyən edilir.

Yuxarıda qeyd olunanlarla yanaşı, dəyişikliklərə əsasən, özbaşına qazma və ya zərər vurma, tikinti materialları ilə qazma və qazıntı aparılan sahələri ilkin vəziyyətə qaytarmadan tərk etməklə yanaşı, səlahiyyətli orqan tərəfindən işlərin yerinə yetirilməsinə görə müəyyən edilmiş şərtlərin pozulması və yerinə yetirilməməsi halında da cərimə nəzərdə tutulur.