Parisin Notr-Damının bərpası üçün Paris Meriyası 50 milyon avro ayıracaq
Parisin Notr-Damının bərpası üçün Paris Meriyası 50 milyon avro ayıracaq.
Bu barədə bəyanatı Fransa paytaxtının meri Ann İdalqo verdi.
10 milyon avro isə, yaxın gələcəkdə həyata keçiriləcək işlər üçün ayrıldı.
Tarixi abidənin bərpası üçün bütün dünyadan ən yaxşı arxitektorlar dəvət ediləcəklər.
Notr-Damın bərpası ilə bağlı, maliyyə yardım təşəbbüsünü YUNESCO və bir neçə milyarder də irəli sürdülər.
Parisin Notr-Damında yanğın dünən baş verdi. Yanğın nəticəsində, Notre Dame kilsəsinin taxta qüləsi yandı, ancaq kilsənin strukturası tamamən yox olmaqdan xilas edildi.
Həmçinin, əsas relikviyalar, İsus Xristosun dikənli tacı və müqəddəs Luinin tunikası yanğından xilas oldular.