Parisdə tibb işçiləri tərəfindən keçirilən aksiyada qarşıdurma baş verdi
Parisdə tibb işçiləri tərəfindən keçirilən aksiyada qarşıdurma baş verdi.
Yayılan məlumata görə, aksiya sakit formada keçirilirdi, ancaq daha sonra oraya “Blek Blok” hərəkətinin nümayəndələri getdikdən sonra, vəziyyət gərginləşdi.
Onlar polisə daş atmağa başladılar, maşınları çevirdilər və avtobusların şüşələrini sındırmağa çalışdılar.
Aksiya zamanı polis 16 nəfəri həbs etdi.