Daxili İşlər Nazirliyində son dövrdə, Gürcüstan polisi tərəfindən həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində açılan cinayət işləri haqqında brifinq keçirildi.
Daxili İşlər Nazirliyininməlumatına görə, mərkəzi kriminal polis departamentinin əməkdaşları, fransız həmkarları ilə birlikdə, Fransada qüvvədə olan kriminal qrupların səkkiz Gürcüstanlı üzvünü həbs etdilər.
Həbs edilənlər soyqunçuluqla ittiham edilirlər. Onların qaldıqları evlərin yoxlanışı zamanı, polis oğurlanan əşyaların müəyyən hissələrini aşkarladı.
İstintaq nəticəsində məlum oldu ki, qrup üzvlərinin 2017-ci ilin noyabr ayında Parisdə həbs edilən gürcü “qanuni oğruları” ilə əlaqələri var idi.
Gürcüstanın Daxili İşlər Nazirliyi müxtəlif ölkələrin hüquqmühafizəçiləri ilə intensiv əməkdaşlıq edir. Kriminallarla mübarizə aktiv fazadadır – deyilir DİN-in bəyanatında.