Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər
Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər

 
Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Bu haqda məlumatı “Reuters” yayır.

Aksiya iştirakçıları Parisdə Respublika meydanına toplaşmışdılar və “exit-poll”un nəticələrini qeyd edirdilər.

Agentliyin yazdığı kimi, aksiya iştirakçılarının əksəriyyəti dinc olub, lakin vandalizm faktları qeydə alınırdı, bu səbəbdən polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

İlkin “exit-poll” nəticələrinə əsasən, Fransanın parlament seçkilərində birinci yeri solçu alyans tutur, Makronun partiyası ikinci, Le Penin siyasi birliyi isə üçüncü yerdədir.