Parisdə aksiyada Fransanın parlament seçkilərinin birinci turunun "exit-poll"unun nəticələrinə etiraz ediblər
Parisdə aksiyada Fransanın parlament seçkilərinin birinci turunun "exit-poll"unun nəticələrinə etiraz ediblər

 
Fransanın paytaxtında parlament seçkilərinin birinci turunun “exit-poll”unun nəticələrinə etiraz etmək üçün minlərlə nümayişçi küçələrə çıxıb.

Medianın məlumatına əsasən, etirazçılar Paris küçələrində ocaq qalayıb, yerli infrastrukturu yandırıblar. Eyni zamanda aksiya iştirakçılarının bir hissəsi “Faşistlər, gedin!” şüarı səsləndiriblər. Saxlanılanlar haqqında bu vaxt üçün məlumat yayılmır.

“Exit-poll”un nəticələrinə əsasən, Fransanın parlament seçkilərinin birinci turunda Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyası 34 faizlə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 28,1 faizlə ikinci yeri tutur, prezident Emmanuel Makronun mərkəzçi alyansı isə səslərin 20,3 faizini qazanıb. Respublikaçılara gəlincə, “exit-poll”un nəticələrinə əsasən, onlar səslərin 10,2 faizini qazanıblar.